İnterpress.az ərəb mətbuatına istinadən xəbər verir ki, Suriyalı müxalif qruplar Səudiyyə Ərəbistanın paytaxtı Riyadda bir araya gəliblər. Bir çox etnik qrupu özündə birləşdirən müxaliflər, Suriyanın gələcəyində Bəşər Əsədə yer olmadığı barədə razılığa gəliblər.
Ərəb mediasının məlumatına görə, müxaliflər Əsədin ölkənin gələcəyində yer almaması şərtilə rejimlə müzakirələr apara bilər.
18 dekabr tarixində Nyu-Yorkda \”Suriyanın gələcəyi\” başlıqlı toplantı keçiriləcək.
Interpress.az