Belə ki, Rusiyanın embarqo qoyduğu türk mallarının arasında pişmaniyə də var.
İzmit şəhərindəki pişmaniyə istehsalçısının 20 min dollarlıq məhsulu da embarqonun qurbanı olub. Malı Türkiyəyə geri göndəriblər.
İnterpress.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, izmitli iş adamı Mustafa Şahin Moskvadakı anbarlarına hər ay 60-70 min dollarlıq pişmaniyə göndərirmiş. O, Türkiyənin Rusiya təyyarəsini vurduqdan sonra iki ölkə arasında gərginləşən münasibətlərin ölkədəki iş adamlarının biznesini çökdürdüyünü söyləyib.
Interpress.az