YPG:Türkiyə, Əl-Nusra və digər təşkilatlara təlim keçirbackend

YPG:Türkiyə, Əl-Nusra və digər təşkilatlara təlim keçir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, o,Türkiyə Afrin ilə Kobani bölgələrinin birləşməsini əngəlləmək istəyir dedi.

Suriyada Hələb vilayətinin şimalında yer alan Demokratik Birlik Partiyasının (PYD) əlindəki Afrin şəhəri kəndində YPG ilə Əl-Nusra, Əhraruş-Şam və ASO silahlıları arasında şiddətli qarşıdurmalar yaşanır.
Münaqişələrlə bağlı Xalq Müdafiə Qoşunları (YPG) Afrin Komandanlığı Sözçüsü Fərat Cəlil aşıqlama verdi. Cəlil, Rus döyüş təyyarələrinin regionda Əl-Nusra mövqelərini bombaladığını bildirib.
3 aydır Afrin kantonuna qarşı hücumların davam etdiyini qeyd edən Cəlil, belə danışdı:
\”Aylardır Afrin üzərində bir təzyiq var. Afrindəki insanlarımız Hələbə gedib gələrkən Əl-Nusra və digər terrorçu təşkilatlar tərəfindən bir neçə dəfə saxlanılıb. Afrinə gedən yolları bağlayıblar. Biz hər zaman Afrini müdafiə etdik. Dedik ki, Afrinə qarşı bir hücum olarsa, səssiz qalmayacağıq və sərt bir şəkildə cavab verərik. 10 gün əvvəl Afrin ilə Azez arasında İnqilab Ordusu ilə (Ceyşul Suvar) Demokratik Suriya Qüvvələrinin yerləşdiyi kəndlərə Əl-Nusra, Əhraruş-Şam, Dəməşq Cəbhəsi, İŞİD və Feylək Əl-Dəməşq təşkilatları qaubitsa və kiçik toplarla və ağır silahlarla hücum edib. Afrin kəndlərinə də hücum etdilər. Bu təşkilatlar, Azez, Hələb və İdlibdən gələrək hücum edirlər. Menə, Məryəmin və digər kəndlərə hücumları davam edir. Aramızda şiddətli qarşıdurmalar yaşanır. İndiyə qədər Afrinin hər hansı bir kəndi Nusra və digər qrupların əlinə keçməmişdir. Kəndlərimizi və xalqımızı sonuna qədər qoruyacağıq\”.

Afrin kantonuna qarşı hücumların Türkiyə tərəfindən təşkil edildiyini irəli sürən Cəlil, belə davam etdi:
\”Türkiyə, Cerablus üçün Nusra və digər qrupları bizim üzərimizə salır. Hətta bizə qarşı müharibədə bəzi Türk zabitləri yer alır. Bu qruplara təlim verən də Türkiyədir. Keçdiyimiz günlərdə Əl-Nusra və Əhraruş-Şam üzvü 4 nəfəri döyüşdə sağ ələ keçirdik. 3 nəfər Türkiyə vətəndaşıdır. Biri, Türkiyə tərəfindən təlim edildiklərini və Afrinə hücum etmək üçün tapşırıq verildiyini etiraf etdi. Türkiyə, bizə \”Cerablusa hücum etməyə qalxsanız mən də Afrin bölgəsində üzərinizə bu qrupları salaram” mesajı verməyə çalışır. Türkiyə Afrin ilə Kobani kantonunun bir-birinə qovuşmasını istəmir. Türkiyə bu iki kantonun birləşməsinə mane olmaq üçün Sultan Murad Briqadaları ilə digər qruplarına Azez ətrafında təlim keçir\”.
İndiyə qədərki toqquşmalarda Əl-Nusra və digər qruplardan 30, YPG-dən 6 və İnqilab Ordusundan 3 nəfərin həyatını itirdiyini deyən Cəlil, toqquşmalarda bir çox silahlını da sağ ələ keçirdiklərini qeyd edib.
Rus döyüş təyyarələrinin Afrin və Azez bölgəsində Nusra və digər təşkilatların mövqelərini bombaladığını ifadə edən Cəlil, Rusiyanın özlərinə silah verdikləri yönündə xəbərlərin də yalan olduğun bildirdi. Cəlil, son olaraq Ər-Riyaddakı iclasın Suriya xalqının mövqeyini olmadığını sözlərinə əlavə edib.

Interpress.az