İnterpress.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Buenos Ayres şəhərində vida çıxışı edən K.Fernandes bütün izləyiciləri duyğusal sözləri ilə ağladıb.
Cəsurluq simvolu olan bu qadın ABŞ-ın və İsrailin xarici siyasətini daim tənqid etdiyi üçün imperialist dövlətlərin əsl düşməninə çevrilmişdi. Elə bu düşmənçiliyin nəticəsi öz cəsurluğu ilə “zamanəmizin Janna Darkı” adlanan Kristina Fernandesin xərçəng xəstəliyinə “tutlması” ilə nəticələndi. Amma bu da son olmadı. Argentinada keçirilən növbəti prezident seçkiləri zamanı onunla alternativ olan tam ABŞ-ın “demokratiyasının” daşıyıcısı olan namizəd qalib gəldi. Ötən ay baş tutan seçkilərdə mühafizəkar Maurikio Makri Argentina prezidenti seçildi.
Argentinanın ən varlı ailəsində böyüyən Maurikio Makri 2007-ci ildən indiyə qədər Buane-Ayresin bələdiyyə sədri olub.
Xalqını qarşıda gözləyən təhlükəni duyurmuş kimi səslənən vətənpərvər xanım yəqin elə ona görə vida çıxışında onları daim üsyankar olmağa çağırıb: “Əgər yeni hökumətin idarəçilərinin sizə xəyanət etdiyini görsəniz, küçələrə çıxın və haqqınızı tələb edin. Hər zaman ürəkli olun, üsyan edin haqsızlıqlara. Çünki bu həyatı ancaq üsyankarlar qazanır və yaşayır. Əzilməsi ilə razılaşan kölələr isə yaşamır, sürünür”.
Bu gün yeni seçilən prezidentin andiçmə mərasimidir. Lakin sabiq prezident bu mərasimə qatılmayacaq. Yeni prezident ilə andiçmə mərasiminin keçirləcəyi məkanın seçimində mühabisə edən xanım Fernandesin həyat yoldaşı Nestro Kirçher 12 il Argentinanın prezidenti olub.
Sizə təqdim etdiyimiz videoda sabiq prezidentin daha bir cəsur çıxşı yer alıb.
Interpress.az