“azertag.az”– Azərbaycan Dövlət İnformasiya Agentliyi. Azərbaycan
Geniş tərkibdə görüş
Xüsusi müxbirimiz xəbər verir ki, dekabrın 10-da rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Çin Xalq Respublikasının Sədri Si Cinpinin geniş tərkibdə görüşü olub.
Dövlət başçıları görüşdə çıxış ediblər.
“turkiyehaberajansi.com”. Türkiyə
Türkmən Birliklər Hücuma Keçdi
Suriyanın Lazkiyə şəhərindəkiTürkmən birlikləri, Kızıldağ təpəsini geri almaq üçün hücuma keçdi.
Bayırbucak Türkmən bölgəsindəki Türkmən birlikləri, səhərin erkən saatlarında Kızıldağ təpəsi və ətrafında əməliyyata başladı.
“amerikaninsesi.org”. ABŞ
Boksçu Məhəmməd Əli müsəlmanları Trampa təyziq göstərməyə çağırıb
Birləşmiş Ştatlarda tanınmış müsəlmanlardan biri müsəlmanların ABŞ-a daxil olmasını qadağan etməyə çağıran ABŞ prezidentliyinə Respublikaçı namizəd Donald Trampa qarşı artmaqda olan tənqidlərə qoşulub.
Sabiq ağırçəkili boksçu Məhəmməd Əli müsəlmanları öz şəxsi məqsədi üçün İslam dinindən istifadə edənlərə təyziq göstərməyə çağırıb.
“bbc.com”. İngiltərə
Dünyadakı maraqlı qadağanlar
Təxminən 400 min insan respubllikaçıların prezident seçkisinə namizədlik yarışının iştirakçısı Donald Trampın Birləşmiş Krallığa gəlişinə qadağan qoyulmasını tələb edən petisiyanı imzalayıb. Bu isə o deməkdir ki, Britaniya millət vəkilləri bu məsələ barəsində debat aparmalı olacaqlar.
“sputniknews.com”. Rusiya
Fələstin, Ukrayna və Koreya prezidentlərindən Azərbaycana başsağlığı
Xəzər dənizinin \”Günəşli\” yatağındakı platformada qəza nəticəsində həyatlarını itirən insanlarla bağlı İlham Əliyevə başsağlığı məktubu göndəriblər.
Fələstin Dövlətinin Prezidenti, Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin sədri Mahmud Abbas Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verib.
Başsağlığında deyilir: \”Xəzər dənizinin \”Günəşli\” yatağındakı platformada qəza nəticəsində həyatlarını itirən insanların ailələrinə, Sizə, qardaş Azərbaycan xalqına və hökumətinə Fələstin Dövləti və xalqı adından, şəxsən öz adımdan dərin hüznlə başsağlığı verir, xəsarət alanlara tezliklə sağalmalarını diləyirəm.”
”DW.com”. Alman radiosu
ABŞ-dan İŞİD neft ticarəti açıqlaması
ABŞ, İŞİD-in neftin böyük hissəsini Əsəd rəhbərliyinə satdığını və təşkilatın Türkiyəyə də girməyin yollarını tapdığını açıqladı. Təşkilatın neft və banklardan 1 milyard dollara yaxın gəlir əldə etdiyi güman edilir.
ABŞ Xəzinə Nazirliyinin Terrorizm və Maliyyə Kəşfiyyatından Məsul Müşaviri, Vəkili Adam Sızubin, İŞİD təşkilatının neftin böyük bir hissəsini Əsəd rəhbərliyinə satdığını açıqlayıb. Sızubin eyni zamanda təşkilatın nefti sərhəddən keçirərək, Türkiyədə də sadə yollar tapdığına diqqət çəkdi.
“aljazeera.com”. Qətər
Baydenə Mosul haqqında məlumat
Baş nazir Davudoğlu, ABŞ Vitse-prezidenti Co Baydeni, Bağdad rəhbərliyinin gərginliyə səbəb olan Mosuldakı Türk əsgərinin olması ilə bağlı məlumat verdi. Davudoğlu, Fidan və Sinirlioğlunun Bağdadda İbadi ilə görüşdüyünü də açıqlayıb.
“IRIB Azeri Tabriz Radio”.İran
İran \”yəmənli-yəmənli\” müzakirələrinin baş tutmasına çalışır
İran xarici işlər nazirinin müavini deyib: Tehran \”yəmənli-yəmənli\” müzakirələrinin baş tutması üzrə səylərini artırıb.
İran İslam Respublikası xarici işlər nazirinin Ərəb və Afrika ölkələri məsələləri üzrə müavini Hüseyn Əmir Abdullahiyan cümə axşamı BMT baş aktibinin Yəmən üzrə xüsusi nümayəndəsi İsmayıl Vələd Şeyx Əhməd ilə telefon söhbətində deyib: Tehran Yəmən böhranının başlandığı zamandan hərbi seçimi yanlış adlandırıb və davamlı olaraq siyasi həll yoluna təkid edib.
“sana.sy”. Səna Ərəb Xəbər Agentliyi. Suriya
İnformasiya Nazirindən Cubeyrə Sərt Cavab
İnformasiya Naziri Omran əl-Zoubi Səudiyyə Ərəbistanı Xarici İşlər Naziri Adil əl-Cubeyrin Suriya xalqı və rəhbərliyini hədəfə alan düşməncə açıqlamalarına verdiyi cavabda; Cübeyrin Suriyanı müzakirə edəcək məqamda olmadığını, dəyər və səviyyəsinin çox aşağı olduğunu ifadə etdi.
“rudaw.net”. İraq
İŞİD-in \”Maliyyə Naziri\” öldürülüb!
İŞİD-in \”Maliyyə Naziri\” Əbu Saleh, koalisiya qüvvələrinə məxsus döyüş təyyarələrinin həyata keçirdiyi bombardmanda öldürülüb.
ABŞ Prezidenti Barak Obamanın xüsusi nümayəndəsi Bret Makqurk, bu axşam sosial şəbəkə hesabından verdiyi açıqlamada, Əbu Salehin öldüyünü təsdiqlədi.
“CRI turkish.cri.cn”. Çin Beynəlxalq Radiosu. ÇİN
Əliyev və Sidən İpək Yolu müqaviləsi
Çin və Azərbaycan, İpək Yolu İqtisadi Layihəsinin inşasında tərəfdaşlıq nəzərdə tutan bir niyyət protokolu imzalayıb.
Çin səfərini davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev dünən paytaxt Beijinqdə Çin Prezidenti Si Cinpinlə görüşüb. Görüşün ən önəmli gündəm maddələrindən biri \”Bir Nəsil-Bir Yol\” çərçivəsində iki ölkə arasında aparılacaq tərəfdaşlıq oldu.
“filistinhaber.com”. Fələstin İnformasiya Mərkəzi. Fələstin
Kadoori Universitetində 8 Tələbə İsrail Əsgərlərinin Atəşiylə Yaralanıb
Fələstin İnformasiya Mərkəzi
Bu gün günortadan sonra Qərb İordanın Tülkerim şəhərində yerləşən Kadoori Texniki Universitetində gedən toqquşmalarda 8 tələbə gülləylə yaralandı.
Universitetdəki mənbələrin bildirdiyinə görə, universitet ətrafında tələbələri təhrik edən və kobud davranan işğal gücləri, onları münaqişələrə təhrik etdi. Təhriklər nəticəsində çıxan şiddətli toqquşmalarda bir çox tələbənin yaralandığı bildirildi.
“euronews.com”. Fransa
Almaniya və Fransa AB sərhədlərinin daha yaxşı qorunması üçün hərəkətə keçdi
Almaniya və Fransa Avropa İttifaqına sərhədlərin möhkəmləndirilməsi üçün düzəliş etdi. Aİ liderlərinin 17 dekabrda toplaşacaq sammitdə Paris və Berlinin birgə təqdim etdiyi təklifi gözdən keçrilməsi gözlənilir.
Təklif, xüsusən Yunanıstan sərhədinin daha yaxşı nəzarət edilməsini nəzərdə tutur.
Aİ sərhəd təhlükəsizliyini təmin edən Fronteksin qaçqın böhranından ötrü, Yunanıstan sərhədinin təhlükəsizliyini yalnız Afinanın təşəbbüsünə buraxmaq istəmədiyi qeyd olunub.
Almaniya həmçinin qaçqınlar üçün yeni bir şəxsiyyət vəsiqəsi tətbiqini həyata keçirməyə hazırlaşır.
Interpress.az