Hesablama Palatasından verilən məlumata görə, ünvanlı dövlət sosial yardımın təyin edilməsi zamanı mərkəz tərəfindən bir sıra hallarda sənədlərin qəbulu və onlara baxılması üzrə qanunvericiliyin tələblərinə əməl edilməyib, ailənin ümumi gəlirinin hesablanılması zamanı nöqsanlara yol verilib, bəzi hallarda ailə tərkibində dəyişikliklər nəzərə alınmadan və ailənin istifadəsində nəqliyyat vasitəsinin olması tam araşdırılmadan təyinat aparılıb.
Auditor sosial müavinətlər və təqaüdlər üzrə bir sıra hallarda işlərin vaxtında dayandırılmaması, müxtəlif səbəblərdən dayandırılmış işlər üzrə qeydiyyat və uçotun düzgün aparılmaması hallarına yol verildiyini bildirərək müharibə veteranlarına, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara, ümumi səbəbdən əlillərə əmək pensiyası hüququ qazandıqdan sonra da sosial müavinət ödənilməsi, müavinətin təyinatının müddətinin və məbləğinin düzgün müəyyən olunmaması kimi nöqsanların mövcud olduğunu qeyd edib.
Auditor nəzarət tədbirinin nəticələri ilə bağlı auditor rəyində əks etdirilmiş tövsiyələri diqqətə çatdıraraq bildirib ki, ünvanlı dövlət sosial yardımın təyin edilməsi zamanı sənədlərin qəbulu və onlara baxılması mövcud qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməsi, ailənin gəlirlərinin düzgün və tam olaraq nəzərə alınması, əmək pensiyası hüququnun yaranması ilə əlaqədar sosial müavinət almaq hüququnun itirilməsi ilə bağlı qanunvericiliyin tələblərini təmin etmək məqsədi ilə aidiyyəti qurumlarla mütəmadi məlumat mübadiləsinin aparılması üçün fəaliyyətin gücləndirilməsi məqsədəmüvafiqdir.
Sonda nəzarət tədbirinin nəticələri üzrə kollegiya qərarının layihəsi müzakirə edilib, qərarla bağlı kollegiya üzvlərinin təklif və iradları dinlənilmiş və nəzərə alınıb. Kollegiya qərarı səsə qoyularaq qəbul edilib.(apa)
İnterpress.az