Bu barədə İsrailin Azərbaycandakı səfir Dan Stav bildirib. Onun sözlərinə görə, bu, İsrailin hansısa şəkildə cəlb olunduğu münaqişə deyil: “Hesab edirəm ki, hər iki ölkə rəhbərliyi fikir ayrılıqlarını aydınlaşdırmaq bacarığına malikdir. Suriya məsələsi ilə bağlı bizim üçün başqa bir vacib məsələ var. Qərarımız budur ki, biz Suriya münaqişəsinə cəlb olunmuş, istər Əsəd rejimi olsun, istər müxtəlif hərbi qruplar olsun, istənilən tərəfin ərazimizə hücumuna hərbi yolla cavab verəcəyik. Biz BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən, özünü müdafiə hüququndan istifadə edəcəyik və hədəfləri zərərsizləşdirərək buna cavab verəcəyik. Bundan başqa, bu məsələ ilə bağlı heç bir bağlılığımız yoxdur”.(apa)
İnterpress.az