İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Birləşmiş Ştatlarda tanınmış müsəlmanlardan biri, müsəlmanların ABŞ-a daxil olmasını qadağan etməyə çağıran ABŞ prezidentliyinə Respublikaçı namizəd Donald Trumpa qarşı artmaqda olan tənqidlərə qoşulub.
Sabiq ağırçəkili boksçu Məhəmməd Əli müsəlmanları öz şəxsi məqsədi üçün İslam dinindən istifadə edənlərə təyziq göstərməyə çağırıb.
Bu həftənin əvvəli Cənubi Karolina ştatında kampaniyası zamanı açıqladığı təklifinə görə Tramp tənqidlərə məruz qalmaqdadır.
O, ötən həftə Kaliforniya ştatının San Bernardino şəhərində 14 nəfəri qətlə yetirən müsəlman cütlük barədə mövqeyini bildirib.
Trampın planı ABŞ və dünya liderləri tərəfindən tənqid edilib.
İnterpress.az