Argentinanın yeni prezidenti  and içdibackend

Argentinanın yeni prezidenti and içdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Argentinanın yeni prezidenti Mauriko Makri and içərək 12 il ölkəyə liderlik edən Kristina Fernandes Kirçner və onun həyat yoldaşı Nestor Kirçnerdən hakimiyyəti təhvil alıb.
Mühafizəkar Makri Konqresdə and içib. Andiçmə mərasiminə senatın spikeri olacaq Federiko Pinedo başçılıq edib. O, Fernandesin səlahiyyətlinin rəsmi olaraq başa çatmasından sonra müvəqqəti olaraq prezident vəzifəsini icra edib.
Andiçmə mərasimindən sonra Makri “bu gün arzularım baş tutdu” deyib.
Prezident ofisini tərk edən Fernandes Makrinin andiçmə mərasimində iştirak etməyib. O, 1983-cü ildə Argentinada hərbi diktaturanın başa çatmasından sonra andiçmə mərasiminə qatılmayan ilk sabiq prezidentdir.
Buenos-Ayresin meri olmuş Makri ticari məhdudiyyətləri və bürokratik əngəlləri aradan qaldıracağına və Argentina valyutasının dəyərini artıracağına söz verib. Latın Amerikasının 3-cü ən böyük iqtisadiyyatı olan Argentinada inflasiya 30 faiz təşkil edir və ümumdaxil məhsul istehsalı sıfıra yaxındır.

İnterpress.az