İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, İbadi, Türkiyə İraq münasibətlərində yaşanan gərginliyin həll edilməsi üçün İraqdakı Türk əsgərlərinin tamamilə geriyə çəkilməsinin lazım olduğunu söylədi.
İbadi, Türk nümayəndə heyətinə Türkiyənin Mosuldakı hərbiçilərinin yaşanan böhranın həll edilməsində, \”Türk qüvvələrinin tamamilə İraq ərazilərindən çəkilməsinə\” bağlı olacağını çatdırdı.
Türk qüvvələrinin İraqdan çəkilməsinin iki qonşu ölkə arasında müsbət münasibətlərin inkişafı, müxtəlif sahələrdə əməkdaşlıq və koordinasiya təmin edəcəyi ifadə edildi.
Fidan və Sinirlioğlunun başçılıq etdiyi yüksək səviyyəli Türk nümayəndə heyəti Baş Nazir İbadidən sonra, İraq Xarici İşlər Naziri İbrahim Əl-Cəfəri ilə bir araya gəldi.
İraq Xarici İşlər Nazirliyi Sözçüsü Əhməd Camal tərəfindən verilən yazılı açıqlamada, Cəfərinin, Türk qüvvələrinin İraqda olmasının ölkənin suverenliyini pozduğunu müdafiə edərək, bu qüvvələrin İraq torpaqlarından çəkilməsinin lazım olduğunu istədiyi ifadə edildi.
İnterpress.az