Cinayət Məcəlləsinin 243.2.1 (Fahişəliyə cəlb etmə; şəxsin köməksiz vəziyyətindən, fiziki və ya psixi qüsurlarından istifadə etməklə törədildikdə) və 243.2.2-ci (Fahişəliyə cəlb etmə; mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə beynəlxalq axtarışa verilən şəxs Rusiya polisi tərəfindən saxlanılb. Azərbaycanlı qadınları xarici ölkələrə apararaq fahişəliyə cəlb edən 1964-cü il təvəllüdlü Rafael Çobanzadə bir müddət öncə beynəlxalq axtarışa verilib.
Qadınların fiziki və psixi köməksiz vəziyyətindən istifadə edən mütəşəkkil dəstənin rəhbəri Rafael Çobanzadə barəsində qırmızı xətt üzrə axtarış elan edilib. “İnterpol”un saytında qeyd olunur ki, 1964-cü ildə Bakıda anadan olan R.Çobanzadə Azərbaycan dilindən başqa rus və ingilis dillərini də mükəmməl bilir. R.Çobanzadə Azərbaycan daxilində 2004-cü ilin noyabrından Nəsimi Rayon Polis İdarəsi tərəfindən axtarışa verilib. O bir neçə gün öncə Rusiyanın İvanovo vilayətinin Daxili İşlər İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Hazırda ekstradisiya məsələləri həll olunur. ( qafqazinfo.az )
İnterpress.az