Aİ-dən üç ölkəyə barmaq izi əməliyyatıbackend

Aİ-dən üç ölkəyə barmaq izi əməliyyatı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Avropa, Suriyadakı qarşıdurmalar ilə ABŞ işğalının ardından təhlükəsizliyin heç cür təmin edilmədiyi Əfqanıstan və İraqdan qaçan yüz minlərlə qaçqına görə 2-ci Dünya Müharibəsindən bu yana baş verən ən böyük köç dalğası ilə qarşı-qarşıyadır. Ancaq yaşanan qaçqın axını, bir sıra təhlükəsizlik problemlərini də gündəmə gətirdi.

Yunanıstan, İtaliya və Xorvatiyaya giriş edən yüz minlərlə miqrantın yarısından çoxuna, qeydiyyata alınmadan digər Aİ ölkələrinə keçid icazəsi verildiyini müəyyən edən Avropa Komissiyası, üç ölkəyə xəbərdarlıq məktubu göndərib. Bunun hüquqi prossesin ilk addımı olduğunu ifadə edilərkən, Komissiyanın üç ölkəyə iki ay öncə də xəbərdarlıq etdiyi, ancaq bu narahatlıqların \”yetərli şəkildə çatdırıla bilmədiyi bildirilir.
Avropa Komissiyasının məlumatlarına görə, 1920-ci il iyul və 30 noyabr tarixləri arasında Yunanıstana təxminən 500 min qaçqın giriş etdi, ancaq miqrantlardan yalnız 121 mininin qeydiyyat altına alındığı bildirilir. Halbuki Dublin Razılaşmasına görə, miqrantların giriş etdikləri ilk AB ölkəsində rəqəmsal barmaq izi vermələri və qeydiyyat altına almaları lazımdır.
Fransanın paytaxtı Parisdə 13 noyabrda keçirilən hücumların arxasındakı adlardan ikisinin əllərindəki Suriya pasportları ilə Yunanıstan üzərindən Avropa ölkələrinə keçid etdiyi müəyyən edilmiş, bu da Aİ daxilində mübahisələrə səbəb olmuşdu.

Aİ-dən üç ölkəyə barmaq izi əməliyyatı

İnterpress.az