Türkiyədə “paralel dövlət” əməliyyatı çərçivəsində 65 nəfərin həbsinə qərar verilibbackend

Türkiyədə “paralel dövlət” əməliyyatı çərçivəsində 65 nəfərin həbsinə qərar verilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress-in DHA-ya istinadən xəbərinə görə, 65 nəfərin saxlanmasına dair qərar qəbul edilib. Həmin şəxslərdən 43 nəfərinin Türkiyə xaricində olduğu müəyyənləşib. Haqqında həbs qərarı verənlərin arasında jurnalist Əkrəm Dumanlı, iş adamı Akın İpək, Fatih Universitetinin rektoru Şərif Ali Tekalan da var.

Tutulanlardan 2 nəfərin Ankarada yaxalandığı bildirilir.

İzmirdə keçirilən əməliyyatla Ədalət və İnkişaf Partiyasının sabiq millət vəkili İlhan İşbilən də tutulub. Fətulla Gülənə yaxınlığı ilə tanınan İ. İşbilən əmniyyət müdirliyinə aparılıb.

İnterpress.az