Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, dekabrın 11-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 162 m3/s olmaqla ongünlük normanın 104 faizini təşkil edir. 2014-cü ildə isə bu rəqəm 148 m3/s olmaqla ongünlük normanın 95 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 60,5 m3/s olmaqla, ongünlük normanın 80 faizini təşkil edir. 2014-cü ildə isə bu göstərici 59 m3/s təşkil edərək ongünlük normanın 78 faizinə bərabər olub.
Dekabrın 11-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 3, Şirvanda 12, Araz çayının Novruzlu məntəqəsində 10 sm azalma, Salyanda 10, Bankədə isə 2 sm artım qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 443 sm (2014-cü il dekabrın 11-də 383 sm), Şirvanda 333 sm (2014-cü il dekabrın 11-də 273 sm), Salyanda 297 sm (2014-cü il il dekabrın 11-də 260 sm), Bankədə 233 sm (2014-cü il dekabrın 11-də 211 sm), Araz çayının Novruzlu məntəqəsində isə 180 sm (2014-cü il dekabrın 11-də 177 sm) təşkil edir.
İnterpress.az