Adil əl-Cübeyr: “İranın bütün regional məsələlərdə oynadığı rolu mənfidir”backend

Adil əl-Cübeyr: “İranın bütün regional məsələlərdə oynadığı rolu mənfidir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, İranla Səudiyyə Ərəbistanı arasındakı münasibətlərə toxunan Adil əl-Cübeyr deyib ki, məntəqədəki bütün ölkələr Suriya böhranının siyasi danışıqlar yolu ilə həlli üçün bir-biri ilə əməkdaşlıq etməlidir: “Lakin təəssüflər olsun ki, İranın bütün regional məsələlərdə oynadığı rolu mənfidir. Bu isə ciddi narahatlığa səbəb olur. Səudiyyə Ərəbistanı, İranla münasibətlərin yaxşıladırmasının tərəfdarıdır. Ancaq yazıqlar olsun ki, İranın bir sıra bölgəsəl problemlərlə bağlı yürütdüyü siyasəti buna mane olur və ölkələrimiz arasındakı əlaqələrələrə mənfi təsir göstərir”.
Xatırladaq ki, Suriyada yaşanan böhranla əlaqədar İranla Səudiyyə Ərəbistanı tam fərqli mövqedən çıxış edirlər. Belə ki, İran açıq-aşkar Bəşər Əsəd rejimini dəstəkləyir və onun hökumətinin qorunub saxlanılmasına çalışır, Səudiyyə Ərəbistanı isə Suriya prezidenti və onun hökumətinə qarşı silahlı mübarizə aparan suriyalı müxalif qruplara dəstək verir.

İnterpress.az