İnterpress.az xəbər verir ki, bu barədə Trend-ə Nardaran sakinləri bildiriblər.
Sakinlərin sözlərinə görə, həbs olunan şəxs Nardaran qəsəbəsində Ağa məhəlləsində Cümə məscidinin axundu kimi tanınan Hacı Ataməli Nurdur. O, Sabunçu rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq idarəyə aparılıb və Sabunçu Rayon Məhkəməsinin qərarı ilə barəsində 30 sutkalıq həbs qətimkan tədbiri seçilib.
Sakinlərin sözlərinə görə, hazırda Hacı Ataməli Nur Daxili İşlər Nazirliyinin Binəqədi rayonunda yerləşən İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsində saxlanılır. Hacı Ataməli Nurun Nardaran hadisələri ilə bağlı həbs olunduğu bildirilir.