İnterpress.az APA-ya istinadən xəbər verir ki, hadisə Quzanlı qəsəbəsində qeydə alınıb. Ağdam rayon Şotlanlı kənd sakini, 1986-cı il təvəllüdlü Aslanov Emin Elxan oğlunun özünü Quzanlı qəsəbəsi 137 nömrəli evdə vurduğu bildirilir
Xəsarət alan E. Aslanov Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb, oradan isə yaxınlıqda yerləşən Hərbi Hospitala aparılıb. Vəziyyətinin ağır olduğu bildirilir.
Onun intihara cəhd etdiyi ehtimal olunur.
Məcburi köçkün olan E. Aslanov Quzanlı qəsəbəsində məskunlaşıb.
İnterpress.az