21 Azər (12 dekabr-1945-1946) Seyid Cəfər Pişəvəri Hərəkatıbackend

21 Azər (12 dekabr-1945-1946) Seyid Cəfər Pişəvəri Hərəkatı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İkinci dünya savaşının sonunda dünyanın bir çox yerlərində yeni -yeni dövlətlərin qurulması gedişində İran ərazisində də Güney Azərbaycan adı ilə muxtar bir yönətim oluşduruldu. Daha sonralar Sovetlər Birliyinin dəstəyi ilə Güney Azərbaycan müstəqilliyini elan etməyə çalışsa da İkinci Dünya Savaşından sonra dünya siyasətinə yön verən qərbin lideri funksiyasını üstlənən İngiltərə, bu rolunu ABŞ -a qapdırmışdı. O günə qədər ingilizlərin əliylə qurulmuş və yön verilmiş İran fars xanədanlığı sonralar Batıda lider olan ABŞ -ın himayəsinə geçmişdi.

Sovetlər Birliyinin dəstəyi ilə müstəqilliyini elan edən Güney Azərbaycan bir ilə qədər bağımsız qaldıqdan sonra, ABŞ ilə Sovetlər Birliyinin bazarlığı sonucunda Sovetlər Birliyi dəstəyini çəkincə İran fars xanədanlığı ABŞ-ın ilk kəs verdiyi uçaqlarla və ordu dəstəyi ilə Güney Azərbaycanı işgal edərək, inanılmaz qırğınlar və qətliamlar etmişdir. 21 Azər 1945 ilində qurulan Cümhuriyyət 21 Azər 1946-cı ilində yenidən işgal edilmişdir.
Soyuq müharibə dövrünün başlangıcı olan bu illərdə savaşdan ziyanla çıxmış olan Sovetlər Birliyində ağır yaşam şərtləri hökm sürməkdə idi. Tam bu sırada ABŞ Sovetlər Birliyinə rədd edə bilməyəcəyi bir təkliflə gəlmişdi. Güney Azərbaycandan dəstəyini çəkməsi qarşılığında Sovetlər Birliyinə 8 milyard dollarlıq nəğd pul, İran neftindən pay və Amerikadan taxılından yardım etmək vədi qarşılığında Sovetlər Birliyi dəstəyini çəkmiş və nəticədə mövcud İran yönətimi ABŞ- ın əli ilə Güney Azərbaycanı yenidən işğal etmiş , xalqa qarşı qətliamda bulunmuşdur.

Quruluşunun 70-ci, işgalının isə 69-cu ili sabaha təsadüf edir. 12 dekabr digər bir deyişlə 21 Azər Güney Azərbaycanın həm tarixə cümhuriyyət olaraq izdüşümü, həm də bu cümhuriyyətin varlığına son verildiyi gündür. Bütün Güney Azərbaycan türklüyünün varlığı Türk dünyası için çox önəmlidir. Bu yolda can veren şehidlərimizin ruhu şad olsun…

Hikmet Elp
İnterpress.az

https://youtube.com/watch?v=_aDzoIWOubI