Cahangir Hacıyevə “yox” deyildibackend

Cahangir Hacıyevə “yox” deyildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə C. Hacıyevin vəkili Aqil Layıcov bildirib.

Onun sözlərinə görə, prosesə C. Hacıyevin özü də gətirilib. Onun barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatət təmin edilməyib, birinci instansiya məhkəməsinin qərarı qüvvədə qalıb.

Qeyd edək ki, dekabrın 5-də Nərimanov rayon Məhkəməsinin qərarı ilə C. Hacıyevin barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Həmin qərarın ləğv olunması barədə verilən apellyasiya şikayəti isə təmin edilməyib. C. Hacıyev Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələrinə əsasən ittiham olunur. ( apa )

İnterpress.az