Neft yatağında baş vermiş qəzada itkin düşənlərin axtarışına bir təyyarə və 3 helikopter cəlb olunubbackend

Neft yatağında baş vermiş qəzada itkin düşənlərin axtarışına bir təyyarə və 3 helikopter cəlb olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, qəza nəticəsində itkin düşənlərin axtarışı davam etdirilir.
Dövlət Sularda Xilasetmə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidməti sahilboyu müşahidə aparır

“Hazırda 1 təyyarə və 3 helikopter axtarışla məşğuldur. Eyni zamanda nazirliyin Dövlət Sularda Xilasetmə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidməti sahilboyu müşahidə aparır” deyə, məlumatda bildirilib.

Nazirlikdən o da əlavə olunub ki, daha iki gəmi mümkün neft dağılmalarının qarşısını almaq üçün cəlb olunub.

Qeyd edək ki, dekabrın 4-də baş vermiş yanğında 7 nəfər həlak olub, 29 nəfər itkin düşüb. Aparılan axtarışlar nəticəsində onlardan 6-nın cəsədi tapılaraq ailələrinə təhvil verilib.

İnterpress.az