​Qaxda iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb – FOTObackend

​Qaxda iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hadisə nəticəsində yaralanan Qax şəhər sakinləri – avtomobillərdən birinin (\”34-BD-293\” qeydiyyat nişanlı) sürücüsü, 1993-cü il təvəllüdlü Züliyev Ramazan İlqar oğlu, taksi xidməti ilə məşğul olan digər avtomobilin (\”34-BB-512\” qeydiyyat nişanlı) sürücüsü, 1955-ci il təvəllüdlü Əhmədov Məmməd Qədir oğlu, onun sərnişinləri – 1968-ci il təvəllüdlü Rəcəbova Ceyran və 1971-ci ci il təvəllüdlü Məmmədova Həyat Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Hadisə yerinə Qax rayon Dövlət Yanğından Mühafizə Xidmətinin bir yanğınsöndürən maşını cəlb olunub.
Faktla bağlı Qax rayon Polis şöbəsində araşdırma aparılır.

İnterpress.az