Ərdoğan Baydenlə Qafqazdakı vəziyyəti müzakirə edəcəkbackend

Ərdoğan Baydenlə Qafqazdakı vəziyyəti müzakirə edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Cozef Baydenin müzakirə edəcəyi bir çox məsələlər var”.

bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın bildirib.

 

O deyib ki, həmin məsələlər sırasına Suriya, Əfqanıstan və Qafqazdakı durum, ABŞ-Türkiyə ikitərəfli əlaqələri daxildir: “Terrora qarşı mübarizə, qlobal iqtisadiyyata dair məsələlər də gündəmdə olacaq”.

 

İ.Kalının sözlərinə görə, R.T.Ərdoğan və C.Baydenin Romada və ya Şotlandiyanın paytaxtı Qlazkoda görüşəcəyi gözlənilir:

 

“Görüşlə bağlı son dəqiqləşmələr aparılır”.