Ermənistan Konstitusiya Məhkəməsinin keçmiş administrasiya rəhbəri Edqar Qazaryan Ermənistan rəhbərliyinə və Xankandindəki separatçıların başçısı Arayik Harutyunyana qarşı ironik çıxışlarını davam etdirir.
Qazaryan bu dəfə Paşinyan və Hartyunyana Şuşada inşa edilən parlament binasının açılışını xatırladıb: “Arayik Harutyunyan və Nikol Paşinyanın Şuşada “Artsax”ın Milli Məclis binasının açılış mərasimində iştirak etmək üçün çox az vaxt qalıb. Araik Harutyunyan müharibədən bir neçə gün əvvəl 2020-ci il sentyabrın 19-da Facebook səhifəsində foto yayımlayıb. “2022-ci ilin mayında,. – qala şəhərinin azad edilməsi 30 illiyi münasibətilə Artsaxın Milli Məclisinin iqamətgahı “Stepanakert”dən Şuşaya köçürüləcək. 2022-ci il mayın 9-da Şuşinin 30 illiyi qeyd olunmalı olanda 200 gündən az vaxt qalıb. Ümid edirəm ki, Arayik Harutyunyan Nikol Paşinyanla birlikdə Şuşada olacaq və verdiyi sözü yerinə yetirəcək?”
Qeyd edək ki, bu günlərdə E.Qazaryan ironik şəkildə Paşinyanın Füzuli Hava Limanının açılışına dəvət edilməməsinin yolverilməz olduğunu yazmışdı.