Vətən müharibəsindən sonra verilən orden və medalların imtiyazı yoxdur?..backend

Vətən müharibəsindən sonra verilən orden və medalların imtiyazı yoxdur?..

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan müstəqillik qazandıqdan sonra, ölkədə milli orden və medallar təsis edildi. Vətən müharibəsindəki qələbədən sonra isə bu sıra daha da genişləndi.

Belə ki, Vətən Müharibəsində qələbə münasibətilə” “Zəfər” və “Qarabağ” ordenləri təsis olundu. Eyni zamanda, “Vətən Müharibəsi Qəhrəmanı”, “Cəsur döyüşçü”, “Döyüşdə fərqlənməyə görə”, “Suqovuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” və “Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə” medalları təsis edildi.

Bəs həmin orden və medallara layiq görülmüş müharibə iştirakçılarına hansısa güzəşt və imtiyaz verilirmi?

Ehtiyatda olan polkovnik Şair Ramaldanov Modern.az aşıqlamasında bildirib ki, bu orden və medallara layiq görülənlərin heç hamısı imtiyaz və güzəştlərə sahib deyil.

“Bizdə “Vətən Müharibəsi Qəhrəmanı”, “Milli Qəhrəman” medalları müəyyən imtiyazlara malikdir. “Vətən Müharibəsi Qəhrəmanı” 2000 min manat, “Milli Qəhrəman” 1500 manat müavinət alır.
Bu adlara görə müəyyən güzəştlər də var. Məsələn, şəxs Hərbi Akademiyaya daxil olan zaman orada müəyyən güzəşt oluna bilər. Akademiyanın magistr pilləsinə qəbulda iki eyni nəticə göstərən olanda, o zaman medal sahibinə üstünlük verilir”.

Milli Məclis Sədrinin birinci müavini Əli Hüseynli orden və medallarla mükafatlandırılan şəxslərin gələcəkdə hansısa imtiyaza sahib olacağı ilə bağlı qanun layihəsinin hazırlanıb-hazırlanmayacağına dair suala cavabında bildirib ki, bununla bağlı “Orden və medallar haqqında” Qanunda qeyd edilib.