Bu universitetin 11 tələbəsi KORONAVİRUSA YOLUXDUbackend

Bu universitetin 11 tələbəsi KORONAVİRUSA YOLUXDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan Dillər Universitetində  2 qrup distant təhsilə keçib”.

Bu sözləri Lent.az-a açıqlamasında ADU-nun mətbuat katibi Cavid Zeynallı deyib.

O bildirib ki, COVİD-19-a yoluxma halı təəssüf ki, bütün orta və ali təhsil müəssisələri kimi Azərbaycan Dillər Universitetində də var və virusa yoluxan tələbələr karantinə alınır:

“ADU-da virusa yoluxan tələbələrin sayı 11 nəfərdir. 2 qrup müvəqqəti olaraq distant təhsilə keçib. Bağlanan qruplardan birində isə dərslər ənənəvi şəkildə bərpa olunub”.