Kənd təsərrüfatı çox xərc tələb edən sektordur”.
bunu Dünya Bankının sabiq vitse-prezidenti İsmayıl Seragəldin “COVID-19-dan sonrakı dünya” adı altında keçirilən VIII Qlobal Bakı Forumunun panel müzakirələrində deyib.
O bildirib ki, xüsusilə də Afrika qitəsində məhsul biçindən sonra itkilərə məruz qalır.
“Burada saxlama yeri olmadığı üçün də məhsul 35 faiz itkiyə gedir. Afrika zəngin qitədir. Lakin məhsul biçini və son istehlak tarixi arasında 30 faiz itkiyə məruz qalır”, – deyə İ.Seragəldin əlavə edib.
Dünya Bankının sabiq vitse-prezidenti qeyd edib ki, ABŞ və digər inkişaf etmiş ölkələrdə qidaların istehlakı ifrat dərəcədədir:
“İnsanlar qidanı aldıqda məhsulun istifadə tarixi keçibsə, onu atırlar. Belə tullantıların sayı artır. Hesab edirəm ki, bu praktikanı dəyişdirməliyik. Biz əhali ilə ünsiyyət yaratmalıyıq, bu mövzuda debatlar təşkil etməliyik”.