İndoneziyada ticarət kompleksində partlayış olub, 5 nəfər yaralanıb.
İnterpress.az xəbər verir ki, bu barədə “Antara” məlumat yayıb.
İndoneziyada San Antonio ticarət kompleksində partlayış baş verib. Hadisə nəticəsində azı 5 nəfərin yaralandığı bildirilir.
Partlayış nəticəsində 20 binaya ziyan dəyib. Hadisənin səbəbləri barədə əlavə məlumat verilməyib.
Xuraman Etibarlı
İnterpress.az






