“Türk əsgəri Qarabağda olmasaydı, rus əsgəri nə qanunsuzluqlar edərdi…“ – Polkovnikbackend

“Türk əsgəri Qarabağda olmasaydı, rus əsgəri nə qanunsuzluqlar edərdi…“ – Polkovnik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya sülhməramlılarının Qarabağdakı fəaliyyəti Azərbaycanda narazılıqla qarşılanır. Sülhməramlıların onlara verilmiş mandatdan tez-tez kənara çıxması, ermənilərin maraqlarına uyğun fəaliyyət göstərməsi onları Qarabağda “arzuolunmaz “qonaq”a çevirib. 

Sülhməramlıların fəaliyyəti fonunda Rusiya-Türkiyə birgə monitorinq mərkəzinin mövcudluğunun nəzərə çarpmamaması çoxsaylı suallar doğurur. Hətta bu mərkəzin simvolik fəaliyyət göstərdiyini və sırf Azərbaycanın könlünü almaq üçün yarandığını iddia edənlər var.

Maraqlıdır, bu iddialar nə dərəcə doğrudur?

Qarabağda olan Türkiyə hərbçilərinin proseslərə təsir etmək imkanı varmı?

Ehtiyatda olan polkovnik Şair Ramaldanov Yenisabah.az-a açıqlamasında deyib ki, monitorinq mərkəzində türk zabitlərinin fəaliyyət göstərməsi Azərbaycanın maraqlarına uyğundur:

“Monitorinq mərkəzinin öz iş metodu var. Monitorinq mərkəzinin, sülhməramlı qüvvələrin hər birinin özünəməxsus təlimatları var. Onlar da o təlimatlar əsasında fəaliyyət göstərir. Monitorinq qrupu orada müəyyən bir nəzarət mexanizmini yerinə yetirir. Onlar müşahidə edərək, müəyyən məsələləri Rusiya sülhməramlı qüvvələrilə birlikdə Azərbaycanın maraqlarına uyğun şəkilə gətirməyə çalışırlar.

Qarabağda olan qardaş ölkənin zabitləri məhz Azərbaycan maraqlarını qorumaq üçün monitorinq qrupunda təmsil olunurlar.  Yoxsa onlar niyə yerləşdirilib ki?. Təbii ki, onlar sülhməramlı qüvvələrin Azərbaycan maraqlarına uyğun olaraq addım atması və sülhün bərqərar edilməsi, qorunması məqsədi ilə monitorinq aparırlar. Onların əlində elə imkanlar yoxdu ki, gedib silahla nəyəsə müdaxilə etsinlər. Müşahidə edərək orada olan faktları həm Rusiya, həm də Azərbaycan tərəfinə təqdim edirlər. Müqayisəli məsələləri bir yerdə müzakirə edərək yekun nəticəyə gəlirlər. Bunların fəaliyyəti bundan ibarətdir”.

Polkovnikin sözlərinə görə, monitorinq mərkəzinin açıq qrup olmaması səbəbindən məlumatlar gizli saxlanılır:

“Monitorinq mərkəzi cəmiyyət üçün açıq bir qrup deyil ki, nə iləsə çıxış etsin. Belə bir fikir var ki, guya monitorinq qrupu fəaliyyət göstərmir. Xeyr belə deyil. Təsəvvür vedin ki, orda monitorinq qrupun olmasaydı, Rusiya sülhməramlıların qanunsuzluqları nə dərəcədə olardı…

Monitorinq qrupu yaxşı işləyir. Çünki Azərbaycan tərəfi monitorinq qrupunun fəaliyyəti nəticəsində müəyyən məlumatları aldı. Müdaxilə lazım gəldikdə müdaxilə edir. Müəyyən dövlət orqanları bundan faydalanaraq, öz öhdəsinə düşən bəzi ərazilərdə yerləşən təmas xəttində olan proseslərlə bağlı müəyyən işlər aparır. Orada olan məlumatlar gizlidir.

Rusiya orada nə qədər qalacaqsa, monitorinq qrupu da orada qalacaq. Və qalması da məsləhətdir. Yeganə vasitə Azəbaycan tərəfinin öz maraqlarını qoruması və müşahidə edərək məlumat almasıdır. Əsas mənbələrdən biri də monitorinq qrupudur. Onlara aid olan pilotsuz uçuş paratları əraziləri müşahidə edirlər. Çünki Azərbaycanın buna imkanı yoxdur”.

Nəzrin Vahid 

“Türk əsgəri Qarabağda olmasaydı, rus əsgəri nə qanunsuzluqlar edərdi...“  - Polkovnik