Ledi Qaqa: “Məni sevməyənlər çıxıb getsin!”-VİDEObackend

Ledi Qaqa: “Məni sevməyənlər çıxıb getsin!”-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, “American Horror Story: Hotel” vampir filmində canlandırdığı obrazını çox sevdiyini deyən Ledi Qaqa iştirakçılara “ətdən paltar geyinən o, qadını yadınızdan çıxarın, sizin qarışınızda indi hamam xalatında, əlləri qanlı vampir dayanıb”.
Daha sonra həyat prinsiplərindən danışan L.Qaqa deyib ki, bir insan kimi həyatda ən böyük mübarizəsi ümidsiz halda insanların onu sevdiyini gözləməsi olub.
Daim dünya KİV-ləri satanistlərin daha çox pərəstiş etdiyi, geyimlərində, hərəkətlərində daim illuminatin işarələrini anladan bu qadınının psixoloji problemlərinin olması haqqında yazır.
Qeyd edək ki, Ledi Qaqanı Azərbaycan tamaşaçısı 2015-ci ildə ölkəmizdə keçirilən Avropa Oyunları zamanı yaxından tanıdı. O, açılış mərasimində “İmagine” (“Xəyal Et”) mahnısını səsləndirdi.
Xarici mətbuat Ledi Qaqanı Azərbaycana gəlişi müqabilində 2 milyon qonarar aldığını yazdı.

İnterpress.az