“Omoniya”nın futbolçusu Jordi Qomes Konfrans Liqasının qrup mərhələsinin 5-ci turunda “Qarabağ”la 2:2 hesablı bərabərə qaldıqları oyunla bağlı danışıb.
o, meydanın mərkəzindən vurduğu qolu belə şərh edib:
“Sadəcə, zərbə vurdum və top istədiyim trayektoriya ilə hərəkət edib qapıya daxil oldu. Rəqib komandanın qapıçısı Şahruddin Məhəmmədəliyevin öz mövqeyini xeyli tərk etdiyini gördükdən sonra topu qapıya göndərmək qərarına gəldim. Həmin an ani qərar verib bəxtimi sınadım. Sevindirici haldır ki, istəyim reallaşdı. “Qarabağ”a bu cür qol vurmaq gözəl hissdir”.