Şirin yuxu istəyirsinizsə…backend

Şirin yuxu istəyirsinizsə…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az oxuculara bəzi qidaların faydası haqqında məlumatı bölüşür:
Nanəmədənin normal işləməyini təmin edir, qrip və xora riskini azaldır. Gecə yatmazdan az öncə nanə dəmləməsi içmək şirin yuxu gətirir, eyni zamanda mədəni təmizləyir, köpü ardn qaldırır, ağız qoxusunu dəf edir.
Çobanyastığı çayı, xardal və darçın isə mədəni nizamlayır. Soyuqdəyməni götürür, mikrobları öldürür, rahat yuxu gətirir.
Kəpək bağırsaq narahatlıqlarını müalicə edir, xərçəng riskini azaldır.
Gündə 20 albalı, 1 aspirinin verdiyini verir. Albalı eyni zamanda insanda xoşbəxtlik hissi yaradır.
Soğan və sarımsaq infeksiyalarla mübarizə aparir. Soğan ayrıca sümük əriməsinin qarşısını almağa kömək edir. Sarımsaq mikrobları məhv etməklə yanaşı, iştahanı açır, ürək əzələsini möhkəmlədir.
Hindqozu: Qusmağa mane olur.
Biyan kökü stresə mane olar, qan təzyiqini aşağı salır.
Qatıq, ağ pendir diş sağlamlığı üçün kalsium anbarıdır. Normal halda hər bir insanın orqanizmində 300-ə qədər kiçik zəhərlənmələr baş verir ki, bu da qanda toksinin artmasına gətirib çıxarır. Hər gün yeməkdən bir-iki saat sonra bir stəkan qatıq içməklə bütün bədəninizdəki toksinlərdən azad olunacaqsınız.
Üzüm sümük əriməsinə qarşı qoruma vəzifəsini yerinə yetirir.
Zəncəfil qan dövranını artıraraq revmatizm ağrılarını yox edər.
Böyrəklərin yaxşı işləməsi, duz nisbətinin tarazlanması üçün çuğundur şirəsi için.
Banan ürəyin nizamlı işini və təzyiqin nizamlı olmasını təmin edər.
Qovun yarım qovun gündəlik C vitamini ehtiyacını tamamilə qarşılayar. Böyrəkləri rahatlaşdırar.
Mərci: Qandakı xolesterol nisbətini salar.
İspanaq: Sağlam gözlər üçün lazımlıdır. Üstəlik, kalsium mənbəyi olan ispanaq mədə-bağırsaq sisteminin yaxşı işləməsinə kömək olur. Qəbilzikdən əziyyət çəkənlər bir dəstə ispanaq yeməklə bu bəladan xilas ola bilər.
Avokado: Xolesterol tarazlığını təmin edər.
Göy noxud: B vitamini və zülal anbarıdır. Ürək narahatlıqlarına qarşı təsirlidir.

İnterpress.az