İran Gürcüstana qaz satmaq üçün danışıqlara başladıbackend

İran Gürcüstana qaz satmaq üçün danışıqlara başladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İnterpress” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İranın National Iranian Gas Exports Company şirkətinin icraçı direktoru Əlireza Kameli açıqlama verib.

Onun sözlərinə görə, gürcü tərəfi ilə danışıqlara əsasən, İran qazı Ermənistanla sərhədə kimi gətiriləcək, Gürcüstan isə İran qazını bu ölkə ilə sərhəddə əldə edə biləcək. Eyni zamanda, sazişin imzalanması üçün şərtlərin Gürcüstan üçün də iqtisadi baxımdan sərfəli olması nəzərə alınacaq.

Kameli bildirib ki, qaz ixracı gün ərzində 300-500 milyon kub fut nəzərdə tutulub. Həmçinin planlaşdırılan qaz ixracı Avropaya ötürülmək üçün deyil, sırf Gürcüstanın daxili tələbatını ödəməyə hesablanıb.

Qeyd edək ki, Azərbaycan Gürcüstanın əsas qaz təchizatçısı olaraq bazarda liderlik edir.

İnterpress.az