İspaniyada insanlar əl-ələ verərək okeana sürüklənən qadını xilas ediblər.
İnterpress.az xəbər verir ki, bu barədə “Arqumentı i faktı” nəşri məlumat yayıb.
İspaniyada çimərlikdə olan insanlar güclü axının okeana doğru apardığı qadını xilas etmək üçün əl-ələ tutuşaraq canlı zəncir yaradıblar. Hadisə 27 oktyabr 2026-cı ildə baş verib.
Yayılan görüntülərdə sahildəki insanların bir-birindən yapışaraq zəncir əmələ gətirdiyi və suda boğulmaq təhlükəsi ilə üzləşən qadını sahilə çıxarmağa çalışdığı görünür.
Ətrafdakı insanların çevik reaksiyası və birgə səyləri nəticəsində qadın sahilə qaytarılıb. Beləliklə, onu axının açıq okeana aparmasının qarşısı alınıb.
Xuraman Etibarlı
İnterpress.az






