Hazırda Gürcüstanda 16 880 nəfər xarici ölkə vətəndaşı işləyir.
Bu barədə Gürcüstanın Maliyyə Nazirliyinin Gəlirlər Xidmətindən məlumat verilib.
Əcnəbilərin 1 403 nəfərini və yaxud 8,31 %-ni Azərbaycan vətəndaşları təşkil edir. Onlar əsasən tikinti, pərakəndə və topdan satış, motosikl və avtomobil təmiri, nəqliyyat və anbar təsərrüfatı sahələrində rəsmi əmək fəaliyyəti ilə məşğul olurlar.
Gürcüstanda 120-dən çox ölkənin vətəndaşı çalışır. Onların arasında Türkiyə vətəndaşları çoxluq təşkil edir.