“Mançester Siti”nin sahibləri İtaliyanın məşhur klubunu alırbackend

“Mançester Siti”nin sahibləri İtaliyanın məşhur klubunu alır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İngiltərə təmsilçisi “Mançester Siti”nin sahibi olan “City Football Group” korporasiyası daha bir klubu almaq istəyir.

İnterpress.az-ın xarici mətbuata istinadən məlumatına görə, şirkət İtaliya “Palermo”su üçün ilkin danışıqlara başlayıb.

Siciliya təmsilçisinin tezliklə “City Football Group”a qoşulacağı gözlənilir.

Qeyd edək ki, “Palermo” 2019-cu ildə müflis elan ediib. Daha sonra yenidən dirçələn klub C Seriyasına yüksəlib. “City Football Group” dünyada “Mançester Siti”dən başqa daha 9 klubun sahibidir.