Renat Dadaşovun komandası tarixində ilk dəfə finala yüksəlibbackend

Renat Dadaşovun komandası tarixində ilk dəfə finala yüksəlib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun çıxış etdiyi “Tondela” klubu Portuqaliya Kubokunda finala yüksəlib.

İnterpress.az-ın məlumatına görə, komanda yarımfinalın cavab oyununda “Mafra” ilə üz-üzə gəlib.

Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Matça start heyətdə başlayan Dadaşov 55-ci dəqiqə Marcelo Alves Santosla əvəzlənib.

İlk oyunda rəqibinə 3:1 hesabı ilə qalib gələn “Tondela” tarixində ilk dəfə ölkə kubokunun finalına vəsiqə qazanıb. Komanda həlledici görüşdə “Portu” – “Sportinq” cütünün qalibi ilə üz-üzə gələcək. Lissabondakı ilk oyunda “Portu” qələbə qazanıb – 2:1

Qeyd edək ki, Renat Dadaşov müqavilə ilə İngiltərənin “Vulverhempton” klubuna məxsusdur.