“Balaca qız oynadığı daşın qəlpə olduğunu anlamamışdı” – Ancelina Colibackend

“Balaca qız oynadığı daşın qəlpə olduğunu anlamamışdı” – Ancelina Coli

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hollivud ulduzu, BMT-nin xoşməramlı səfiri Ancelina Coli Ukraynanın Lvov şəhərində sakinlər və könüllülərlə görüşüb.

İnterpress.az xəbər verir ki, aktrisa bu barədə instaqram hesabında paylaşım edib. O, azyaşlı bir qızın ona daş deyə göstərdiyi qəlpənin şəklini paylaşaraq təəssüratlarını bölüşüb:

“Bir neçə gün əvvəl Lvovda olarkən mənə kiçik bir qızın tapdığı “qeyr-adi daş”ı göstərdilər. Onu tapan balaca qız oynadığı daşın əslində bomba qəlpəsi olduğunu anlamamışdı. Ovucunuza götürəndə o gözlədiyinizdən daha kələ-kötür və ağırdır. Onun parlaqlığı və qeyri-adiliyi uşağın diqqətini çəkmiş olmalıdır.

Bomba və ya mərmi partlayanda, ağır metalın kəskin parçaları zərbə nöqtəsinə yaxın olanların bədənlərini parçalayır. Kramatorsk qatar stansiyasında partlayış zamanı xəsarət alan uşaqlarla tanış olduğumda çoxundan bu qəlpələr çıxarılmışdı – çətin və ağrılı prosesdir. Həyati orqanlara yaxın olan parçaları çıxarmaq çox təhlükəli idi və bəziləri uşaqların bədənlərində qalırdı.

Uşaqlara vurulan bu cür zərər, emosional və zehni travma, heç də fiziki xəsarətin ötəsinə keçmir. Ukraynadakı müharibəni bitirmək uğrunda mübarizə, hər gün ölən, yaralanan, qaçqın düşən və travma alanların sayını məhdudlaşdırmaq üçün çalışmalıyıq”.

Qeyd edək ki, Lvovda raket hücumu təhlükəsi barədə sirenalar işə düşdükdən sonra sığınacağa qaçmalı olub. (axsam.az)