Azərbaycan millisinin futbolçusu “Sumqayıt” klubu ilə vidalaşıbbackend

Azərbaycan millisinin futbolçusu “Sumqayıt” klubu ilə vidalaşıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan millisinin futbolçusu Tellur Mütəllimov “Sumqayıt” klubu ilə yollarını ayırıb.

27 yaşlı yarımmüdafiəçi bu barədə şəxsi instaqram hesabında yazıb.

Mütəllimov 2 ildən sonra “gənclik şəhəri” təmsilçisi ilə vidalaşmağın onun üçün çətin olduğunu bildirib: “Burada yaxşı nəticələr qazandıq. Klubda çalışan hər kəsə, bütün azarkeşlərə təşəkkür edirəm. Ümid edirəm ki, yollarımız yenidən kəsişəcək”.

Qeyd edək ki, Tellur Mütəllimov 2020-ci ildən “Sumqayıt”da çıxış edib.