“Netflix” Rusiya ərazisində xidmətini dayandırdığını təsdiqləyib.
İnterpress.az xəbər verir ki, bu barədə şirkət tərəfindən verilən açıqlamada bildirilib.
Qeyd olunub ki, servisin işinin dayandırılması “Rusiya bazarını tərk etmə tədbirləri” ilə əlaqədardır.
Xatırladaq ki, “Netflix” Rusiyanı martın 6-da tərk etdiyini açıqlasa da, abunəçilərin son ödəniş dövrünün başa çatmasınadək ölkədə yayımı davam etdirib. Mayın 27-dən etibarən Rusiyada istifadəçilər “Netflix”in işə düşmədiyini bildiriblər.