Xəzər Siyasət Mərkəzində Azərbaycanın xarici siyasət perspektivləri müzakirə olunubbackend

Xəzər Siyasət Mərkəzində Azərbaycanın xarici siyasət perspektivləri müzakirə olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-da Xəzər Siyasət Mərkəzində Azərbaycanın xarici siyasət perspektivlərinə həsr edilən dəyirmi masa keçirilib.

İnterpress.az-ın məlumatına görə, müzakirlərdə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Azərbaycanın Birləşmiş Ştatlardakı səfiri Xəzər İbrahim, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Robert Sekuta və mərkəzin üzvləri iştirak ediblər.

Qeyd edək ki, ABŞ-da səfərdə olan Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bundan əvvəl ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla görüşüb.