İnterpress.az xəbər verir ki, Türkiyədə FOX TV-də yayımlanan “Fulya ile umudun olsun”un aparıcısı Fulya Öztürk verilişdən imtina edib.
“Ağlım, ruhum xəbərdə qalıb, yeni mövsümdə veriliş etmək istəmirəm”, – Öztürk açıqlamasında deyib.
Qeyd edək ki, F. Öztürk xəbər aparıcısı kimi tanınıb. O, həmçinin Azərbaycanda Vətən müharibəsi zamanı və sonrakı dövrdə hadisələrin işıqlandırılmasında yaxından iştirak edib.