Bloqumun dəyərli oxuyucuları, həqiqətən də içilməsi lazım olan qədər də faydalı bir bitkidir.
Çobanyastığı o qədər sirli bitkidir ki, hər dövlətdə bu bitkini ayrı-ayrı faydalarına görə içirlər.
Məndən hamınıza məsləhət, xəstələndiyiniz zaman yox sadəcə bir adət halına gətirib həftədə 5-6 dəfə cobanyastığı çayı içməyinizizdir. Məsələn axşam yatmazdan əvvəl 1 stəkan içmək həm əsəbləri sakitləşdirir həm də yuxunu dərinləşdirir.
Çobanyastığı bitkisini axşamlar yatmazdan əvvəl süddə də dəmləyib içə bilərsiniz. Bu üsul daha cox Amerikada yayılmışdır.
Çobanyastığı bitkisin bir neçə növü vardır. Çay kimi faydalarına görə kiçik və çiçəyinə əl vuranda ovulan çiçəkəlri olan növündən içmək lazımdır. Azərbaycanda daha çox böyük çobanyastığı növləri geniş yayılmışdır ki, bu növ daha çox xaricə müxtəlif dəri səpgilərində, diatezlərdə dəri ləkələrində və əsəbləri sakitləşdirmək üçün vanna olunur. Yaxşı olardı ki, çay kimi daxilə içilən çobanyastığını apteklərdən alasınız.
Məlum olmuşdur ki, hər gün 1 milyondan çox insan çobanyastığı çayından istifadə edir.
Belə bir qeyri-spesifik xəstəlik – mədə yarası, bu zaman illərlə müalicə olunmasına baxmayaraq heç bir nəticə alınmır; belə insanlar gündə 4 dəfə çobanyastığı çayı içsinlər, 3 ay içməyə davam etsinlər sonunda faydalı olar inşallah.
Çobanyastığı çiçəyinin antispazmolitik (yəni spazmı götürən) effekti vardır. Ona görə də köpmələrdə, ishalda, bağırsaq spazmlarında gündə 3 dəfə içilir.
Qastrit və kolitdə (mədə bağırsaq yaralarında) gündə 3 dəfə yeməkdən əvvəl 1 stəkan içilir.
Çobanyastığı çiçəyi çayından müntəzəm istifadə edən insanlar şəkər tutmazlar, gözləri iti görər, həddindən artıq piylənməzlər əksinə həmişə formada qalarlar, əsəbləri gərgin olmaz, yuxu problemləri olmaz, dəriləri canlı qalar çünki çobanyastığı təbii antioksidant mənbəyidir. Cobanyastığı qocalmanı ləngidir.
Adət pozğunluğundan və klimakterik dövrdən əziyyət çəkən xanımlarımız üçün faydalı bir çaydır.
Ağız boğaz yaralarında faringitlərdə 1 xörək qaşığı çobanyastığı 1 stəkan suda dəmlənilir və gündə 3 dəfə qar qara edilir.
Rinitlərdə və allergik rinitlərdə haymoritdə 2 xörək qaşığı çobanyastığı 2 stəkan suda dəmlənilir, yavaş təzyiqlə burun boşluğuna vurulur və digər burun boşluğundan tökülür; bunu gündə 2 dəfə etmək lazımdır.
Göz sulanmasında, iltihablanmalarında, konyuktvitlərdə, qızarmalarda 1 çay qaşığı cobanyastığı 1 stəkan suda dəmlənilir yavaş-yavaş gözə tökülərək göz almasları yuyulur.
Uşsqlarda bağırsaq infeksiyaları zamanı 1 xörək qaşığı çobanyastığı 3 stəkan suda dəmlənilir və bağırsaqlar yuyulur.
Frontit və haymorit zamanı 2 xörək qaşığı cobanyastığı 1 stəkan suda yavaş yavaş qaynadılır buxarı üzə verilir bu zaman baş dəsmalla örtülməli, otaq isti olmalıdır. Yaxşı olar ki, bunu gecələr edəsiniz.
0.5 litr şüşə butulkanı ağzına qədər çobanyastığı ilə doldurun üstünə zeytun yağı tökün ağzını bağlayın 40-60 dərəcəli sobanın (otopleniyanın) üstündə 2 həfət gözlətin sonra süzün bu cobanyastığı yağı adlanır, bu yağ dərini parıldadır fərahlandırır yuyunmazdan 2-3 saat əvvəl bu yağla dərinizi masaj edin. Oynaq ağrılarını azaldır, kiçik uşaqlarda qarın ağrıması zamanı belini və qarnını bu yağla ovuşduranda sancıları keçir, saç tökülməsində kəpəklənmələrdə yuyunmazdan 3 saat əvvəl saç diblərini cobanyastığı yağı ilə masaj etmək lazımdır.