Samoada güclü zəlzələ olub.
Bu barədə İnterpress.az xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, yeraltı təkan paytaxt Apia şəhərindən təxminən 200 km aralıda 6,7 bal gücündə qeydə alınıb.
Hələlik ölən və xəsarətlər, eləcə də dağıntılar barədə məlumat yoxdur.






