Ermənistanda zəncirvari QƏZA: 5 avtomobil TOQQUŞDUbackend

Ermənistanda zəncirvari QƏZA: 5 avtomobil TOQQUŞDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda 5 avtomobilin iştirakı ilə qəza baş verib.

İnterpress.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi “Armenia Today”ə məlumat verib.

Hadisə noyabrın 4-də saat 10:50 radələrində Şaumyan yaşayış məntəqəsində, Aştarak-Vaqarşapat avtomobil yolunda baş verib.

Qəza nəticəsində iki “Volkswagen”, bir “Mercedes”, “Ford Transit” və MAN markalı yük maşını toqquşub.

Bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Xuraman Etibarlı

İnterpress.az