Hindistanda Lavrovun saxta videosunu yayan vəkil barəsində cinayət işi açılıb.
İnterpress.az xəbər verir ki, bu barədə PTI agentliyi məlumat yayıb.
Məlumata görə, Hindistan Ali Məhkəməsinin vəkili Rusiyanın xarici işlər naziri Sergey Lavrovun iştirakı ilə hazırlanmış saxta videonu yaymaqda ittiham olunur.
Videoda Lavrovun Hindistanı daxili işlərə müdaxilə və neft alışına görə tənqid etdiyi göstərilib.
Hindistan Xarici İşlər Nazirliyi videonun həqiqiliyini yoxlayaraq onun rəqəmsal üsulla saxtalaşdırıldığını və Lavrova aid edilən fikirlərin yalan olduğunu müəyyən edib.
Xuraman Etibarlı
İnterpress.az






