Ermənistanda “gözəl” pasport nömrələri üçün əlavə ödəniş tələb olunacaq.
İnterpress.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin Miqrasiya və Vətəndaşlıq Xidmətinin rəhbəri Nelli Davtyan məlumat verib.
Bildirilib ki, təkrarlanan rəqəmləri olan biometrik pasportlar adi pasportlardan daha baha olacaq.
Xüsusilə nadir nömrələrin isə hərrac vasitəsilə satılması planlaşdırılır.
Proqramın 2027-ci ildə ictimaiyyətə təqdim ediləcəyi gözlənilir.
Xuraman Etibarlı
İnterpress.az






