Nigerdə ​​hərbi helikopter qəzaya uğrayıb: 3 ölübackend

Nigerdə ​​hərbi helikopter qəzaya uğrayıb: 3 ölü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nigerin paytaxtı Niameydə təlim uçuşu həyata keçirən hərbi helikopterin qəzaya uğraması nəticəsində 3 nəfər ölüb.

Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.

Niger Silahlı Qüvvələrinə (FAN) aid Mi-17 tipli helikopter təlim uçuşundan sonra Niamey Hərbi Hava Limanına eniş edərkən qəzaya uğrayıb.

Yanan helikopterdə 3 nəfər həlak olub.

Qəzanın səbəblərini araşdırmaq üçün istintaq komissiyası yaradılıb.