Qarsın Arpaçay rayonunda tələbələri daşıyan mikroavtobusun aşması nəticəsində 1 şagird ölüb, 14 şagird isə yaralanıb.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
Tələbələrin olduğu 36 M 1338 dövlət nömrə nişanlı mikroavtobus Karaurqan kəndində aşıb.
Qəzada 13 yaşlı Gökhan Polat həyatını itirib, 14 şagird isə yaralanıb.
Hadisə yerinə təcili yardım briqadaları və polislər cəlb olunub.
Yaralılar xəstəxanalara aparılıb.
Avtobus sürücüsü saxlanılıb.