Salyan rayonunda magistral yolun üzərində – avtomobillərin hərəkət zolağında yerə uzanan şəxsi vuraraq öldürən sürücü saxlanılıb.
İnterpress.az xəbər verir ki, hadisə ötən gün axşam saatlarında baş verib.
Belə ki, yolun üzərində uzanmış sərxoş piyada 1984-cü il təvəllüdlü Novruzov Yaşar Ramiz oğlu avtomobil vurması nəticəsində ölüb.
Məlumata görə, həmin vaxt o içkili olub və hava da qaranlıq olduğu üçün hərəkətdə olan avtomobilin sürücüsü onu görməyib.
Sürücü hadisəni törətdikdən sonra ərazidən qaçsa da, polisin keçirdiyi əməliyyat nəticəsində bu gün tapılıb.
Faktla bağlı cinayət işi başlanılıb.