Türkiyənin zarici işlər naziri Çavuşoğlu G20 xarici işlər nazirlərinin toplantısından əvvəl Yeni Dehlidə Hindistanın xarici işlər naziri Cayşankar ilə görüşüb.
İnterpress.az xəbər verir ku, nazir Mövlud Çavuşoğlu G20 Xarici İşlər Nazirləri toplantısında iştirak üçün Hindistana səfər edib.
O, səfər çərçivəsidə hindistanlı həmkarı Subrahmanyam Jaishankar ilə ilk görüşüb.
İclasda qlobal gündəmdə duran mühüm məsələlər, xüsusilə humanitar yardım və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması, ərzaq və enerji təhlükəsizliyi, terrorizmlə mübarizə, çoxtərəfliliyin gücləndirilməsi və inkişaf sahəsində əməkdaşlığın gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılması nəzərdə tutulub.